Ötən həftə 1545,7 hektar ərazi minalardan təmizlənib

Baş səhifə

Bakı.Trend:

Mayın 1-dən 7-dək azad olunan ərazilərdə 101 tank, 48 piyada
əleyhinə mina, 412 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və
zərərsizləşdirilib.

Trend
xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin
(ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar
minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd
olunub.




Bildirilib ki, 1545,7 hektar ərazi minalardan təmizlənib.

Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və
dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi,
Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
ərazilərində həyata keçirib.