
Bakı. Trend:
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev “Vətəndaş
Müqaviləsi” partiyasının Ermənistanda parlament seçkilərində qalib
gəlməsi münasibətilə baş nazir Nikol Paşinyanı təbrik edib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Tokayev Paşinyana Ermənistanın uzunmüddətli milli maraqları
naminə gələcək fəaliyyətində uğurlar arzulayıb. Tokayev qeyd edib
ki, Qazaxıstan qarşılıqlı maraq doğuran bütün sahələrdə ölkə ilə
fəal əməkdaşlığı davam etdirməyə hazırdır.
Daha bir təbrik isə Gürcüstandan gəlib. Ölkənin Baş naziri
İrakli Kobaxidze Paşinyanı təbrik edərək onun sıx əməkdaşlığının
davam etdirilməsini səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun partiyasını
seçkilərdə əldə etdikləri uğur münasibətilə ürəkdən təbrik edirəm.
Gürcüstan ilə Ermənistan arasında strateji tərəfdaşlığı və dostluq
münasibətlərini xalqlarımızın rifahı naminə daha da gücləndirmək
üçün yaxın əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”, –
deyə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

