Bakıda moped maneəyə çırpılıb, sürücü xəsarət alıb

Cəmiyyət


Bakıda moped maneəyə çırpılıb, sürücü xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən 1982-ci il təvəllüdlü Füzuli Əbülfəz oğlu İsmayılov mopedi yol kənarındakı maneəyə çırpıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım avtomobilinin köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az