Qriplə koronavirusa eyni vaxtda yoluxmağa kimlərin həssas olduğu açıqlandı

Dünya


“Bəzi hallarda insanlar koronavirus infeksiyasına qriplə paralel olaraq yoluxa bilərlər. Əsasən hipertoniyadan əziyyət çəkənlər bu vəziyyətə görə daha həssas təbəqədirlər”.

Bu barədə tanınmış rusiyalı infeksionist Yelena Meskina məlumat verib.

Həkim vurğulayıb ki, bir neçə infeksiyaya paralel yoluxmadan çəkinmək lazımdır.

“Koronavirus damar sisteminə təsir edir, bunun üzərinə bir də qrip əlavə olunarsa, hər şeyin nə qədər pisləşəcəyini təsəvvür edin. Bir hüceyrədə bir neçə növ təhlükəli virusun birləşməsi fenomeni koinfeksiya adlanır. Belə bir vəziyyət koronavirusun gedişatını son dərəcə çətinləşdirir”, – deyə o əlavə edib.

Mütəxəssis belə halla qarşılaşmamaq üçün tibbi müayinədən keçməyi, həmçinin qripə və koronavirusa qarşı peyvənd etməyi məsləhət görüb.

“Bu xəstəliyin ağır inkişaf ehtimalını aradan qaldıracaq”, – deyə Y.Meskina sözlərini yekunlaşdırıb.

Mənbə: Veçernyaya Moskva

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir