Rusiyada 600 kiloqramlıq balqabaq yetişdirildi

Dünya


Rusiyada ən böyük balqabaq Moskva vilayətində yetişdirilib.

Bu barədə vilayət hökuməti sədrinin birinci müavini Qeorqi Filimonov məlumat verib.

Rekord tərəvəz “Aqrobatl-2023” Ümumrusiya bostançılıq festivalında təqdim olunub.

Bu il Luxovitsdən olan fermer çəkisi 591 kq və diametri demək olar ki, 5 metr olan balqabaq yetişdirib. Bu, ölkənin hər yerindən gələn 35 kənd təsərrüfatı nümayəndəsi arasında ən yaxşı nəticə olub.

Qeyd edək ki, bu, fermerin rekord ölçülü tərəvəz yetişdirdiyi ilk il deyil. O, artıq iki dəfə Rusiyanın Rekordlar Kitabına düşüb.

Mənbə: mk.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir