Azərbaycanda mobil telefonlara kiberhücumların sayı üç dəfə artıb

Cəmiyyət


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə artıb.

“resmixeber.az” xəbər verir ki, bu barədə “Global Research and Analysis Team” (GreAT) şirkətinin departament rəhbəri Dmitri Qalov Bakıda keçirilən “Kaspersky”nin kiber bilik günü”nə (“Kaspersky Cyber Knowledge Day”) həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, daha çox kiberhücum “Minecraft” oyunu üzrə gizli reklamlardan olur:

“İkinci yerdə iş elanlarına aid tətbiqlər, üçüncü yerdə isə mesencerlərin “casus” proqramları qərarlaşıb”.

D.Qalov qeyd edib ki, Azərbaycanda adi istifadəçilərin 32%-i lokal təhlükələrlə üzləşib.

“Korporativ istifadəçilərin 24%-i yerli təhlükələrə məruz qalıb. Korporativ istifadəçilərin 17%-i internet təhlükələri ilə qarşılaşıb, 17%-i isə e-poçt spamının payına düşür. İstifadəçilərin fişinq səhifələrinə keçməsi üçün 534 min cəhd edilib. Mobil cihazlara 224 min hücum olunub”, – deyə o əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir