“Ermənistan ərazisində də azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqlar ola bilər” – ŞƏRH + FOTO

Siyasət


“Azərbaycan Birinci Qarabağ müharibəsində təkcə torpaqlarını, onun üzərindəki sərvətləri itirməmişdi. Eyni zamanda bizim dörd minə yaxın vətəndaşımız itkin vəziyyətinə düşdü. Təəssüf ki, torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddətdə itkinlərin taleyi ilə bağlı heç bir məlumat əldə edə bilməmişdik”.

Bu fikirləri resmixeber.az-a Milli Məclisin Laçın rayonundan seçilən deputatı Mahir Abbaszadə deyib. O qeyd edib ki, Ermənistan tərəfinin və onun havadarlarının tutduğu mövqe həmin insanların haqq və hüquqlarının bərpasına şərait yaratmayıb:

“Azərbaycan prezidenti və rəsmilərimiz dəfələrlə beynəlxalq tribunalarda, danışıqlarda bu məsələni diqqətə çatdırsalar da, ikili standartlar səbəbindən heç bir nəticə əldə edilmədi.

44 günlük müharibədə Azərbaycan qələbə əldə etdikdən sonra bəzi yerlərdə kütləvi məzarlıqların tapılmasına nail ola bildik. Bu proses indi də davam edir. Təxminən 480-dən çox insanın qalıqları kütləvi məzarlıqlardan aşkar edildi, ailələrinə məlumat verildi. Bu prosesi əslində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həyata keçirməli idi. Halbuki bu qurum əməli işlər həyata keçirmək istəmədi. BQXK tərəfindən öz nizamnamələrinin əksinə fəaliyyətsizliyi ilə seçildi.

Azərbaycan Zəfər qazandıqdan sonra bölgədə yeni reallığın yaranmasına şərait yaratdı. Ona görə, düşünürəm bundan sonra işğaldan azad edilmiş torpaqlarımızda kütləvi məzarlıqların araşdırılmasına davam etmək mütləqdir. Şübhəm yoxdur ki, Qarabağ və Şərqi Zəngəzur da daha çox kütləvi məzarlıqlar aşkar edəcəyik. Nəticədə itkin düşən insanların böyük əksəriyyətinin taleyini aydınlığa qovuşdura biləcəyik”. 

Mahir Abbaszadə onu da qeyd edib ki, azərbaycanlıların kütləvi dəfn edildiyi məzarlıqlar Ermənistan ərazisində də ola bilər:

“Çünki torpaqlarımız işğal altına düşdükdən sonra ermənilər əsir götürdükləri vətəndaşların bəzilərini Ermənistanın ayrı-ayrı şəhərlərində əzab-əziyyətlə öldürüblər. Əminəm ki, beynəlxalq təşkilatlar, sülhsevər qüvvələr qarşısında bütün vasitələrdən istifadə edərək, Ermənistan ərazisində kütləvi məzarlıqların araşdırılmasına çalışmalıyıq. Dörd min nəfərdən artıq insanın başına bu müsibətləri gətirənlər öz cəzalarını mütləq almalıdırlar”.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir