AMEA: “Şuşa həbsxanasının ətrafında da insan qalıqlarının olması ehtimalı var”

Cəmiyyət


“Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığın ətrafında da insan qalıqlarının olması ehtimalı var”.

Bunu “resmixeber.az”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev deyib.

Onun sözlərinə görə, növbəti ekspedisiya zamanı yoxlama-tədqiqat işləri aparılacaq:

“İnsan qalıqları aşkar olunarsa, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir