Saxa Respublikasını yanğınlar bürüyüb – VİDEO

Dünya


Saxanın (Yakutiya) 13 rayonunda güclü yanğınlar başlayıb.

Məlumata görə, 98 yanğın ocağı 125,6 min hektara yaxın ərazini əhatə edib.

“Yanğınlarla bağlı ən çətin vəziyyət 60 ocağın qeydə alındığı Aldan, Olekminski və Ust-Mayski rayonlarının ərazilərindədir”, – Respublika Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib.

Yanğının söndürülməsinə 1 300-dən çox insan və 80-ə yaxın texnika cəlb olunub. Ümumilikdə, yanğın mövsümü başlayandan respublika ərazisində 700-dən çox təbii yanğın hadisəsi qeydə alınıb.

Mənbə: Ura.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir