Qarabağın erməni sakinindən şikayət: “Arayikin xuntası bizim hesabımıza qazanır” – VİDEO

Dünya


Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər separatçı rejimin hərəkətindən hiddətləniblər.

Caliber.Az yazır ki, erməni qadın Arutyunyan xuntasının qoyduğu qiymətlərdən narazılığını dilə gətirib.

“İrəvanda bir kiloqram yaxşı ərik 350 drama (0,91 dollar/1,54 AZN) satılır. Mən belə bir sual vermək istəyirəm: niyə bizdə bir kq əriyin qiyməti “rəsmi” olaraq 900 dram (2,33 dollar/3,96 AZN) müəyyən edilib, amma əhaliyə 3 000-ə (7,76 dollar/13,19 AZN) satılır? Arayik Arutyunyan, mənə cavab ver, sən kəndlilərdən əriyi neçəyə alırsan? Etibarlı mənbələrin məlumatına görə, sən onları topdan 200-250 drama (0,52-0,65 dollar) alırsan. Niyə aldadırsan?” – deyə erməni qadın narazılığını ifadə edib.

Qarabağdakı qeyri-qanuni rejim məhz bu yolla süni şəkildə humanitar böhran yaratmağa çalışır. Qarabağın erməniəsilli sakinləri üçün isə bu, oyanış siqnalı olmalıdır. Azərbaycan cəmiyyətinə inteqrasiya etmək vaxtıdır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir