Bakı-Qazax yolunda maşın qadını vuraraq öldürüb

Cəmiyyət

Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən yolnəqliyyat hadisəsi baş verib.

Bu barədə resmixeber.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, söüzgedən magistral yolun Şəmkir rayon ərazisindən keçən hissəsində yolu keçmək istəyən piyadanı maşın vurub:

“Belə ki, Şəmkir rayon sakini Nəzirə Qasımova yolu keçmək istəyərkən zaman hərəkətdə olan, Elməddin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Məlumat ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları dərhal hadisə yerinə gedib, müvafiq araşdırmalar həyata keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir