1500 metr hündürülükdə çəkilən görüntülər izləyənləri heyrətə gətirdi – VİDEO

DIN


Türkiyədə çəkilən görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Kadrlarda yamac paraşütü ilə uçan musiqiçinin havada klarnetlə musiqi ifa etməsi görünür.

Görüntünün qəhrəmanı olan musiqiçi Ufuk Önan uzun illər bunun arzusunda olduğunu deyib. Onun sözlərinə görə, nəhayət xəyalını həyata keçirmək üçün Muğlaya yollanıb və Türkiyənin dünyaca məşhur Ölüdeniz Babadağ 1700 metrlik uçuş-enmə zolağından tullanıb.

Kadrlar izləyənləri heyrətə gətirib. Bəziləri onun bu hərəkətini təqdir eləsə də, digərlər narahat olub, hətta yamac paraşütü zamanı bu cür fəaliyyətlərin qəzayla nəticələndiyini bildiriblər.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir