Tramp İrana zərbələrin bərpa olunması ehtimalı barədə yaxın ətrafını məlumatlandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs
təklifini rədd edib və yaxın ətrafına ABŞ Konqresinə noyabr ayında
keçiriləcək seçkilərdən sonra İrana qarşı zərbələrin bərpa oluna
biləcəyini bildirib.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.




Qəzetin Vaşinqton administrasiyasındakı mənbəsinin məlumatına
görə, “Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd edib və
köməkçilərinə noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana
qarşı bombardmanların bərpa olunacağını gözlədiyini bildirib”.

Nəşrin qeyd etdiyi kimi, Tramp İranın onun tələblərini yerinə
yetirəcəyinə şübhə ilə yanaşır və köməkçilərinə bombardmanların
bərpa olunmasını ehtimal etdiyini deyib.