
Kanada Avropa İttifaqına tamhüquqlu üzv olmaq məsələsini gündəmə gətirmir.
APA xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Anita Anand Ottavada keçirilən birgə mətbuat konfransında bildirib.
“Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa çalışmırıq. Hazırkı mərhələdə Aİ ilə münasibətlərimizə hər hansı konkret ad və ya status da vermirik”, – nazir deyib.
Anandın sözlərinə görə, oktyabrın sonunda Monrealda keçiriləcək Kanada-Aİ sammiti ərəfəsində tərəflər münasibətlərin daha da dərinləşdirilməsini müzakirə edirlər.
Söhbət süni intellekt texnologiyaları, kritik əhəmiyyətli mineralların emalı, müdafiə və təhlükəsizlik sahələrində daha sıx inteqrasiyadan gedir.

