İran təzyiq altında belə öz hüquqlarından imtina etməyəcək – Əraqçi

Baş səhifə

Bakı. Trend:

İran məcburetməni və təhdidləri qəbul etmir, İran təzyiqlərə
baxmayaraq öz suveren hüquqlarından imtina etməyəcək.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin
mənzil-qərargahında jurnalistlərə açıqlamasında bildirib.




“İran məcburetməni, təhdidləri və qorxutmanı qəbul etmir. İran
təzyiq altında öz suveren hüquqlarından imtina etməyəcək”, – deyə o
bildirib. Nazir vurğulayıb ki, ölkələrin BMT Nizamnaməsinə əməl
etməsi sadəcə istək məsələsi deyil, öhdəlikdir və suverenlik hər
hansı şərtdən asılı ola bilməz.

“Diplomatiya kapitulyasiya deyil və məhv olmaq təhdidləri ilə
sülh qurmaq mümkün deyil”, – deyə o əlavə edib.