Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətini dayandırıb.
Bu barədə “Report”a FHN-dən məlumat verilib.
Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilən hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Şabranda hotelin fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

