
Bakı.Trend:
Azərbaycanın sığorta şirkətlərinin səkkiz ay ərzində
sığorta ödənişlərinin həcminə görə renkinqi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə,
cari ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 773,2 milyon manat məbləğində sığorta
ödənişi həyata keçirilib.
Bankın məlumatına əsasən, bu göstərici ötən ilin
müvafiq dövrü ilə müqayisədə 28,1 faiz çoxdur.
Azərbaycanın sığorta şirkətlərinin 2026-cı ilin
yanvar-avqust ayları üzrə sığorta ödənişlərinin həcminə görə
renkinqi:
|
Şirkətin adı |
Məbləğ (mln. manat) |
|
Paşa Həyat Sığorta |
477,193 |
|
Paşa Sığorta |
115,057 |
|
Atəşgah Həyat |
80,405 |
|
Atəşgah |
28,328 |
|
Qala Sığorta |
16,254 |
|
Azərbaycan Sənaye Sığorta |
12,334 |
|
Meqa Sığorta |
11,306 |
|
A-Qroup |
8,522 |
|
Xalq Sığorta |
6,494 |
|
Meqa Həyat Sığorta |
4,278 |
|
Xalq Həyat Sığorta |
3,279 |
|
Qala Həyat |
3,271 |
|
Aqrar Sığorta |
1,708 |
|
AzSığorta |
1,247 |
|
İpək Yolu Sığorta |
0,274 |
Sığorta ödənişlərinin həcminə görə 2026-cı ilin
yanvar-avqust aylarında ilk pillədə 477,193 milyon manat göstərici
ilə “Paşa Həyat Sığorta” qərarlaşıb. İkinci yerdə 115,057 milyon
manatla “Paşa Sığorta”, üçüncü yerdə isə 80,405 milyon manatla “Atəşgah Həyat” yer alıb.
Renkinqin növbəti pillələrində “Atəşgah” – 28,328
milyon manat, “Qala Sığorta” – 16,254 milyon manat, “Azərbaycan
Sənaye Sığorta” – 12,334 milyon manat və “Meqa Sığorta” – 11,306
milyon manat göstəriciləri ilə qərarlaşıb.
Renkinqdə təmsil olunan digər şirkətlərin
ödənişlərinin həcmi 10 milyon manatdan az olub. Belə ki, “A-Qroup”
8,522 milyon manat, “Xalq Sığorta” 6,494 milyon manat, “Meqa Həyat
Sığorta” isə 4,278 milyon manat məbləğində ödəniş həyata
keçirib.
Ən aşağı göstəricilər “Aqrar Sığorta”da (1,708 milyon
manat), “AzSığorta”da (1,247 milyon manat) və “İpək Yolu Sığorta”da
(274 min manat qeydə alınıb).

