
Dünən Sabirabadda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA xəbər verir ki, “Hyundai” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü Rahim İbrahimov hadisə yerində ölüb.
Digər avtomobilin sürücüsü Oktay Qasımov və sərnişinlər Kamal Qədirli, Mirəli Əskərov bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.
***
24.09.2026
Sabirabadda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində qeydə alınıb.
Avtoqəzada bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

