
Fransa Səudiyyə Ərəbistanında qoşun göndərəcək.
Modern.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron açıqlayıb. O, neft emalı zavodunun və Qırmızı dəniz sahilində yerləşən Yanbu limanında xam neftin nəqli üçün istifadə olunan boru kəmərinin müdafiəsinə kömək məqsədilə hərbçilər göndərmək niyyətindədir.
Makron bildirib ki, Parisin qərarı Səudiyyə Ərəbistanı hakimiyyəti ilə razılaşdırılıb. O, Fransanın “heç bir münaqişəyə cəlb olunmadığını” da vurğulayıb. “Wall Street Journal”ın yazdığına görə, İranla müharibənin başlamasından sonra Yanbu limanı Avropaya dizel yanacağı, xam neft və digər neft məhsullarının tədarükündə əsas qovşaqlardan birinə çevrilib.
Yanbu vasitəsilə Səudiyyə Ərəbistanı neft ixracını Hörmüz boğazından yan keçməklə həyata keçirə bilir. Fransanın hərbi kontingent göndərmək qərarı Yaxın Şərqdə enerji infrastrukturu və neft tədarük marşrutlarının təhlükəsizliyi ilə bağlı vəziyyətin gərginləşdiyi bir vaxtda açıqlanıb.
Xatırladaq ki, Yanbu limanı Mədinə şəhərindən 238 kilometr, Məkkədən isə 394 kilometr uzaqlıqdadır.

