
Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin test imtahanında uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş müsahibə mərhələsi yekunlaşıb.
APA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasından bildirilib.
Məlumata görə, bu mərhələdə iştirak etmiş 19 namizəddən zəruri keçid balı toplamış 8 nəfərin Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ilkin icbari hazırlığa cəlb olunması barədə qərar qəbul edilib.
Namizədlərin ilkin icbari hazırlığı oktyabr ayının 1-dən etibarən başlanacaq. Hazırlığın yekunları üzrə qiymətləndirmədən uğurla keçən şəxslər stajkeçməyə cəlb olunacaqlar.
“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.
Namizədlərdən ilkin icbari hazırlıqla bağlı oktyabr ayının 1-i saat 9:00-dan gec olmayaraq Ədliyyə Akademiyasının əsas korpusunda olmaları xahiş olunur (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).
Müsahibə mərhələsində uğur qazanmış namizədlərin
SİYAHISI
|
|
Dadaşov İlkin Tofiq oğlu |
|
|
Qasımov Qafil Akif oğlu |
|
|
Heydərli Şaiq Abisalam oğlu |
|
|
Hüseynov Allahverdi Əjdər oğlu |
|
|
Mütəllimov Kənan Ələkbər oğlu |
|
|
Həsənov Rəşad Rəşid oğlu |
|
|
Bayramov Cavid Əli oğlu |
|
|
Şahbazov Abdulla Tofiq oğlu |

