
Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”
analitik videolayihəsinin növbəti buraxılışının qonağı professor,
Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev olub.
Dərin, emosional məzmunlu söhbət zamanı professor, Qafqazın
taleyi, mədəniyyətin düşmənçiliyi aradan qaldırmaq və xalqları
birləşdirmək baxımından gücü, həmçinin Azərbaycanın dünyanın
formalaşmaqda olan yeni geosiyasi arxitekturasında tutduğu strateji
mövqe barədə düşüncələrini bölüşüb.
Ç.Fərzəliyev söhbətə regionunun tarixi yolunun fəlsəfi aspektdən
qiymətləndirməklə başlayıb:
“Biz artıq güc qarşıdurması səhifəsini demək olar ki,
çevirmişik, lakin hərtərəfli sülhə aparan son, ən vacib addım hələ
qalıb. Aramızda hələ də məsafə var. Bəs bu, normaldırmı? Əlbəttə
ki, yox. Amma vəziyyət belə gətirib.”
Ç. Fərzəliyev vurğulayıb ki, onun nəslinin payına – SSRİ-nin
süqutundan tutmuş faciələrə və azərbaycanlıların evlərinə yenidən
daxil olmuş müharibələrə kimi – bütöv bir epoxanı yaşamaq
düşüb.
“Biz elə şeylər gördük ki, heç kim onların baş verəcəyini
təsəvvürünə belə gətirməzdi – İttifaq və partiya süqut etdi .
Ardınca isə müharibə yenidən bizim qapımıza döydü,”- deyə o
bildirib.
O müharibədən əvvəlki onillikləri emosional şəkildə
xatırlayıb:
“Bakıda çoxlu sayda erməni yaşayırdı. Onlar bizim qonşularımız,
dostlarımız, sinif yoldaşlarımız idilər. Bir-birimizin toylarına,
ad günlərinə gedib-gəlirdik. Hər şey normal idi. Və qəfildən, bir
anda kiminsə ağlına gəldi bu xalqların arasını vursun.”
Trend verlişin tam
videoyazısını təqdim edir:

