NASA Artemis II missiyasının ilkin nəticələrini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

NASA Artemis II missiyası çərçivəsində Ayın
öyrənilməsi ilə bağlı əldə olunan ilkin nəticələri açıqlayıb.

Beynəlxalq Astronavtika Federasiyasının təşkil etdiyi
77-ci Beynəlxalq Astronavtika Konqresində missiyadan əldə olunan
ilk məlumatların təqdimatına həsr olunmuş sessiya keçirilib.

NASA-nın məlumatına görə, tədbirdə NASA-nın
vitse-prezidenti Matt Anderson, Elm Missiyaları Direktorluğuna
rəhbərlik edən direktor müavini Nicola Fox, İnsanlı Kosmik Uçuşlar
Missiyası Direktorluğuna rəhbərlik edən direktor müavini Lori Glaze
və Artemis II Ay Elmi üzrə rəhbəri Kelsey Young çıxış ediblər.

Anderson bildirib ki, Artemis III üzrə işlər 2027-ci
il üçün davam edir və hər missiya bəşəriyyətin Aya qayıtmasına və
orada daimi mövcudluğunun təmin edilməsinə yaxınlaşdırır. Onun
sözlərinə görə, Artemis II ekipajının müşahidələri, fotoşəkilləri
və təcrübələri unikal imkan təqdim edib.




Nicola Fox qeyd edib ki, Artemis missiyaları dərin
kosmosun insan orqanizminə təsiri barədə anlayışı genişləndirəcək.
O, Artemis II zamanı Orion kosmik gəmisinin Ayın uzaq tərəfinə
keçdiyi zaman rabitənin kəsildiyini və ekipajın möhtəşəm tam Günəş
tutulmasından sonra yenidən göründüyünü bildirib.

Kelsey Youngın sözlərinə görə, Artemis II missiyası
800 meqabaytdan çox məlumat və 12 min fotoşəkil toplayıb. O
bildirib ki, fotoşəkillərin hər biri elmi təhlildə istifadə edilə
bilər.

NASA Artemis II missiyasından altı ay sonra Ay elmi
məlumat arxivini tam şəkildə açıb. Bu məlumatlar gələcək Artemis
missiyalarının elmi fəaliyyətinə dəstək verəcək.