
Bakı.Trend:
“Google Chrome” Azərbaycanda populyarlığına görə liderliyini
qoruyub-saxlayır.
Trend agentliyinin “Global Stats” Statistika Mərkəzinin məlumatları əsasında apardığı
hesablamalara görə, sentyabr ayında “Google Chrome”un bazar payı
78,33 faiz təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 2,15 faiz bəndi
azdır.
Qeyd olunur ki, hesabat dövründə Safari internet brauzerinin
Azərbaycan bazarındakı payı 8,49 faiz təşkil edib ki, bu da əvvəlki
ayla müqayisədə 1,04 faiz bəndi artım deməkdir.
“Global Stats”ın məlumatına görə, siyahıda növbəti sırada “Firefox” internet brauzeri qərarlaşıb. Mərkəzin məlumatına əsasən,
bu brauzerin Azərbaycan bazarındakı payı 0,65 faiz bəndi artaraq
5,47 faizə çatıb.
“Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən, hesabat
dövründə “Samsung” internet brauzerinin payı 0,25 faiz bəndi
artaraq 3,92 faizə, “Edge” brauzerinin payı isə 0,18 faiz bəndi
artaraq 2,09 faizə yüksəlib.
Vurğulanır ki, hesabat dövründə “Opera” internet brauzerinin
bazar payı 0,03 faiz bəndi artaraq 1,07 faiz təşkil edib.
Agentliyin hesablamalarına görə, cari ilin sentyabrında “Yandex
Browser” internet brauzerinin payı əvvəlki ayla müqayisədə 0,02
faiz bəndi artaraq 0,39 faiz olub.
Qeyd edək ki, “Google Chrome”un saytında yayımlanan məlumata
görə, oktyabrın 6-da “Google Android” üçün “Chrome” 155 —
155.0.8059.39 versiyasını təqdim edib. Yeniləmə tədricən “Google
Play”də əlçatan olur. “Google” bildirir ki, yeniləməyə sabitlik və
məhsuldarlığın yaxşılaşdırılması daxildir.
Qeyd olunur ki, oktyabrın 6-da kompüterlər üçün “Chrome”un stabil versiyası da aşağıdakı versiyalara yenilənib:
Windows və Mac: 155.0.8059.39/.40
Linux: 155.0.8059.39

