Qərb ölkələri Atlantik okeanında Rusiyanın neft tankerinin hərəkətini izləyir

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya, İrlandiya, ABŞ və Fransa Atlantik okeanında
Rusiyanın “Marinera” neft tankerinin hərəkətini izləmək üçün hava
vasitələri cəlb edib.

Trend xəbər verir
ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, son günlər ərzində İngiltərənin Safolk
qraflığında yerləşən Mildenhol aviabazasından ABŞ Hərbi Hava
Qüvvələrinə məxsus iki “P-8” tipli kəşfiyyat təyyarəsi tanker
istiqamətində uçuşlar həyata keçirib.




Eyni zamanda, Şotlandiyanın şimal-şərqində yerləşən Lossimut
bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinin “Eurofighter
Typhoon” qırıcısı havaya qaldırılıb.

Bildirilir ki, əməliyyata həmçinin Fransa Hərbi Dəniz
Qüvvələrinin patrul təyyarəsi və İrlandiyanın Hava Korpusuna məxsus
hava vasitəsi də cəlb olunub.