Kasım-Jomart Tokayev: Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

Baş səhifə

Astana. Trend:

Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət
xadimidir

Trend xəbər
verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasında
strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin
möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi
qiymətləndirirəm. İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli
dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi
bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə
verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində
Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib.
Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən
əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.
Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı
artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin
ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan
iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə
fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada
olmasının inandırıcı göstəricisidir”, deyə Qazaxıstan Prezidenti
bildirib.