Azərbaycanda 2025-ci ildə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 mülki iddia qaldırılıb.
“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib.
Bildirilib ki, iddia qaldırılan şəxslər valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı (16 uşağın 14 valideyni barəsində) qaldırılıb, həmin iddiaların 5-i təmin edilib, 6-ı isə hazırda məhkəmə baxışındadır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

