Füzulinin iki kəndində güclü yanğın başlayıb

Baş səhifə

Füzuli. Trend:

Füzuli rayonunun iki kəndində güclü yanğın başlayıb.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, yanğın
rayonun Yuxarı Dilağardı və Veysəlli kəndləri ərazisində qeydə
alınıb.




Hazırda yanğın minalardan təmizlənməmiş ərazilərdə davam
etdiyindən onun söndürülməsi çətinləşib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən
bölmələrinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi
istiqamətində tədbirlər görülür.