DİM buraxılış imtahanlarının vaxtı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Baş səhifə

Bakı. Trend:

Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı
məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə
posterlərindəndir.

Bu barədə Trend-in
sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat
verilib.




Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan
Mərkəzi elan edir.

“DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı
rəsmi məlumat paylaşılır”, məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial mediada, qrup və səhifələrdə buraxılış
imtahanlarının tarixlərini əks etdirən DİM loqolu poster
yayılıb.