Daha bir tayfun Yaponiyaya doğru hərəkət edir

Baş səhifə

Bakı. Trend:

Sakit okeanda növbəti tayfun formalaşaraq Yaponiyanın
cənub-qərbində yerləşən Okinava ada prefekturasına yaxınlaşıb.

Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, tayfun
şimal-şərq istiqamətində, Tokionun yerləşdiyi Xonsyu adasına doğru
hərəkət edir.




Bildirilib ki, hazırda “Suriqe” tayfununun mərkəzi Okinavanın
cənubunda yerləşir və saatda təxminən 10 kilometr sürətlə hərəkət
edir. Gözləntilərə görə, tayfun irəlilədikcə daha da güclənə
bilər.

Tayfunun təsiri ilə paytaxt Tokionun yerləşdiyi Kanto regionunda
da güclü yağışlar gözlənilir.