Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Həkəri dəmir yolu stansiyasına baxış keçiriblər (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq
təşkilatların rəhbər şəxsləri oktyabrın 31-də Həkəri çayının
Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşəcək Həkəri
dəmir yolu stansiyası ilə tanış olublar.

Trend xəbər
verir ki, diplomatik korpusun nümayəndələri burada görülən işlər,
dəmir yolunun və stansiyanın tikintisi ilə bağlı həyata keçirilmiş
və gələcəkdə görüləcək işlər barədə məlumatlandırılıb. Bildirilib
ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar
Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) tərkib
hissəsi olacaq.

Qeyd edək ki, səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan
ümumilikdə 100-dən artıq nümayəndə iştirak edir.




Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyevin müşayiəti ilə baş tutan bu səfər işğaldan azad
olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 20-ci
səfəridir.