Abşeronda arvadını və körpəsini öldürən şəxslə bağlı həbs qətimkan tədbiri seçildi

Kriminal


Abşeronda arvadını və körpəsini öldürərək intihara cəhd edən şəxs barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Bu barədə resmixeber.az-ın sorğusuna cavamb olaraq Abşeron Rayon Prokurorluğundan bildirilib.

“İyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir