Azərbaycanda kəhrizlərin bərpasına dair layihənin icrası monitorinq edilib – FOTO

Cəmiyyət


Beynəlxalq Miqrasiya Təşkilatının və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Cəbrayıl və Goranboyda olublar.

Səfərin məqsədi onların maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasının monitorinq edilməsidir.

Xarici nümayəndələr Cəbrayıl rayonunun Horovlu kəndindəki Əsgər və Orta kəhrizdə, eləcə də Goranboy rayonunun Qaradağlı kəndindəki Karvansara kəhrizində aparılan bərpa işləri ilə tanış olub, mühəndis və kankanlarla görüşüblər.

Bu layihə çərçivəsində indiyə qədər Ağdam, Goranboy və Qazax rayonlarında 26 kəhriz bərpa edilərək təhvil verilib. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.

Ümumilikdə, layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinin həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verir. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərarvermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir