Tədrisi digər dillərdə aparılan bölmələrdə məktəb seçimi nə zaman başlayır?

Cəmiyyət


2023-cü il iyunun 20-də tədrisi digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayacaq.

resmixeber.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov canlı yayımda bildirib. 

Onun sözlərinə görə, məktəb seçimi sentyabrın 14-nə kimi davam edəcək:

“Əgər uşaq müsahibədən keçibsə, bu, o demək deyil ki, istənilən məktəbdə yer tapa bilərlər. Çünki burada sıxlıq və digər prioritet məsələlər var. Əsas prioritet odur ki, digər övladı həmin məktəbdə təhsil alırsa, ərazidə yaşayırsa və ya valideynlərdən biri həmin məktəbdə işləyirsə, uşağı orada təhsil ala bilər”.

O qeyd edib ki, məktəblərdə şagirdlərə təqdim olunan bütün tapşırıqlar dərsliklərdən olmalıdır:

“Dərsliklər də dövlət təhsil standartlarına uyğun hazırlanır”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir