ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”-də finalçı kimi yarışacaq

Baş səhifə

Bakı. Trend:

ABB qlobal fintech ekosisteminin tanınmış platformalarından
“Money20/20” tədbiri çərçivəsində keçirilən yüksək rəqabətli “The
Money Awards 2026” müsabiqəsinin finalçıları sırasında qərarlaşıb.
Bank “AI&Automation” kateqoriyası üzrə finala yüksəlib. ABB
müsabiqədə müştərilərin süni intellekt əsaslı fərdi maliyyə
menecerləri AI-nur və AI-khan layihəsi ilə iştirak edir.

Bank AI-nur və AI-khan-ı müştərilərə ötən ilin sonlarından
təqdim edib. ABB mobile tətbiqinin istifadəçiləri onlarla sadəcə
danışaraq şəxsi büdcələrini daha aydın nəzarətdə saxlaya, gəlir və
xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə
davranışlarını istədikləri kimi nizamlaya bilirlər. Belə ki, AI-nur
və AI-khan müştərilərin gəlir və xərclərini izləyib, maliyyə
vərdişlərini yönləndirir, onların qərarlarına dəstək olur,
müştərilərlə danışaraq bir çox bank əməliyyatlarını yerinə yetirir,
kredit limitlərini artırıb azaldır, abunəlikləri idarə edir. Süni
intellekt əsaslı fərdi maliyyə menecerlərinin imkanları getdikcə
daha da genişlənir.

İstifadəyə veriləndən sonra qısa müddət ərzində müştərilər süni
intellekt əsaslı fərdi maliyyə menecerləri ilə milyonlarla
qarşılıqlı ünsiyyət qurublar. Layhənin qlobal müsabiqənin finalına
çıxmasında onun müştəri təcrübəsində qazandığı uğurlar böyük rol
oynayıb.




“The Money Awards” maliyyə xidmətləri sektorunda innovasiya,
texnologiya və real təsir yaradan şirkətləri, məhsulları,
tərəfdaşlıqları dəyərləndirən “Money20/20” platformasının qlobal
fintech mükafatı proqramıdır. Mükafata təqdim olunan layihələri
maliyyə və texnologiya sahəsinin aparıcı ekspertlərindən ibarət
beynəlxalq münsiflər heyəti qiymətləndirir.

“The Money Awards 2026” qalibləri oktyabrda ABŞ-ın Las-Veqas
şəhərində keçiriləcək “Money20/20 USA” tədbiri çərçivəsində elan
olunacaqlar. ABB final mərhələsində Plaid, DriveWealth, Socure,
Sardine, U.S. Bank və s. kimi tanınmış qurumlarla yarışacaq.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.