
Bakı.Trend:
Pentaqonun məlumat bazasına kiberhücum nəticəsində 3
milyondan əməkdaş barədə məxfi məlumat hakerlərin əlinə keçib.
Bu barədə “ABC News” məlumat yayıb.
Hərbi idarədəki mənbənin telekanala verdiyi məlumata
görə, məlumat sızması hazırda sağ olan 2,76 milyon və artıq vəfat
etmiş 294 min nəfəri əhatə edib.
Hakerlərin əldə etdiyi məlumatlar arasında sosial
sığorta nömrələri və tutduqları vəzifələr barədə məlumatlar da
olub.
“2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək
Müdafiə Nazirliyinin İnsan Resurslarının İdarəolunması Mərkəzinin
(Defense Manpower Data Center – DMDC) informasiya sistemində az
sayda səlahiyyətsiz istifadəçi tərəfindən fərdi məlumatlara
icazəsiz giriş həyata keçirilib. Zəiflik aşkar edildikdən sonra
DMDC dərhal onu aradan qaldırıb”, – deyə nazirliyin nümayəndəsi
bildirib.
Qeyd olunur ki, nazirliyin sərəncamında əməkdaşların
60 milyondan çox şəxsi işi var.

