
Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi noyabrda keçiriləcək Konqres seçkilərinə
xarici müdaxilənin qarşısını almaq üçün süni intellekt və digər
rəqəmsal imkanlardan istifadə edəcək.
Bu barədə “Axios” portalı məlumat yayıb.
ABŞ müdafiə naziri Pit Heqset Pentaqona xarici müdaxiləni
“aşkarlamaq, pozmaq və neytrallaşdırmaq” üçün qabaqcıl kəşfiyyat və
rəqəmsal imkanlardan istifadə etməyi tapşırıb.
Sənədə əsasən, Pentaqon ABŞ Kiberkomandanlığı və Daxili
Təhlükəsizlik Departamenti ilə əməkdaşlıq çərçivəsində seçkilərə
qarşı mümkün kibertəhdidlərin qarşısını almağa çalışacaq.
Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.

