Niderland millisi ciddi itki ilə üzləşib

Baş səhifə

Bakı. Trend:

Kodi Qakpo topuq nahiyəsindən aldığı zədə səbəbindən bir neçə
oyunu buraxa bilər.

Niderland millisinin hücumçusu Millətlər Liqasında Serbiyaya
qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan matçın 17-ci
dəqiqəsində əvəzlənib. Vinger “İpsviç”in yarımmüdafiəçisi Saşa
Lukiçin sürüşmə fəndindən sonra topuğundan zədələnib.




Qakpo “Liverpul”un düşərgəsinə qayıdacaq və burada əlavə tibbi
müayinədən keçəcək.

Jurnalist Rik Elfrinkin məlumatına görə, Eyndhovendə aparılan
müayinə 27 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan
kənarda qalacağını göstərib.