
Bakı. Trend:
Ölkə ərazisində güclü külək əsir, bəzi ərazilərdə yağış
yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda
qeyd edilib.
Bildirilib ki, sentyabrın 25-i saat 19:00-a olan məlumatına
əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti
müşahidə olunur.
“Quba və Qusarda arabir yağış yağır. Hazırda bəzi yerlərdə
şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25,
Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18,
Şirvan, Culfada 17 m/s-yə çatır”, – deyə qeyd edilib.

