Britaniya Ukraynaya hava-yer tipli “Storm Shadow” qanadlı raketləri göndərib – KİV

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti Ukraynaya əlavə hava-yer tipli “Storm
Shadow” qanadlı raketləri göndərib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Bloomberg”in öz mənbələrinə istinadən verdiyi xəbərə görə, bu
tədarük ABŞ Prezidenti Donald Trampın Kiyevə uzaqmənzilli
“Tomahawk” raketlərini göndərməkdən imtina etməsindən sonra
Londonun narahatlıqları fonunda baş tutub. Britaniya hökuməti qış
ərəfəsində Ukrayna ordusunu lazımı sursatlarla təchiz etmək
niyyətindədir.

Tədarük olunan raketlərin dəqiq sayı barədə məlumat
verilmir.