Aİ və Körfəz ölkələri Hörmüz boğazında gəmiçilik azadlığının müdafiəsi üçün çıxış ediblər

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) bütün
dövlətlərin Hörmüz boğazında gəmiçilik hüququnu təsdiqləyib və
İranın ticarət gəmilərinə hücumlarını pisləyib.

Bu barədə tərəflərin birgə bəyanatında bildirilib.

“Avropa İttifaqı və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası
(KƏDƏŞ) beynəlxalq gəmiçiliyin istifadə etdiyi Hörmüz boğazından
keçid hüququ da daxil olmaqla, gəmiçilik azadlığının BMT-nin Dəniz
Hüququ Konvensiyasında əks olunduğu kimi beynəlxalq hüquqla təmin
edildiyini bir daha təsdiq edirlər. Bu hüquqlar bütün dövlətlərin
gəmilərinə məxsusdur və heç bir dövlət tərəfindən dayandırıla,
məhdudlaşdırıla və ya hər hansı şərtlə bağlana bilməz”, – deyə
bildirilib.




Çərşənbə axşamına keçən gecə yayılan sənədi bir gün əvvəl
Brüsseldə keçirilmiş Aİ–KƏDƏŞ Regional Təhlükəsizlik və Əməkdaşlıq
üzrə Yüksək Səviyyəli Forumunun həmsədrləri – Aİ-nin xarici siyasət
və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və
Körfəz Əməkdaşlıq Şurasına sədrlik edən Bəhreyn Krallığının xarici
işlər naziri Əbdüllətif Əz-Zəyani imzalayıblar.

Bəyanatda vurğulanıb ki, Aİ və Körfəz Əməkdaşlıq Şurası “İranın
Hörmüz boğazından keçən ticarət gəmilərinə, eləcə də Bəhreyn,
Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman və İordaniya da
daxil olmaqla regiondakı dövlətlərin suveren ərazilərinə etdiyi
hücumları ən sərt şəkildə pisləyir”.