Çin 200 “Boeing” təyyarəsi sifariş etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Çin Vaşinqton və Pekin arasında aparılan danışıqlardan sonra 200 “Boeing” təyyarəsi sifariş etməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News”
telekanalına müsahibəsində deyib.




“Çox yaxşı görüş keçirdik və onlardan bəzi şeylər əldə etdik. Bu
gün onun qəbul etdiyi qərarlardan biri 200 təyyarə sifarişidir. Bu,
böyük bir məsələdir”, – deyə o bildirib.

“”Boeing” 150-yəa ümid edirdi, amma sonda 200 olub. Bu, çoxlu iş
yeri deməkdir. Bu, bir növ bəyanat olub, amma düşünürəm ki, bu, bir
öhdəlik idi”, – deyə ABŞ prezidenti əlavə edib.