
Bakı. Trend:
Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində
yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay
üzərində yerləşən körpünün bir hissəsini uçurub.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
məlumat yayıb.
Bildirilir ki, əraziyə dərhal Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik
tədbirləri görülüb.
Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə
dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan
istifadə etmələri xahiş olunur.


