Əhali ötən il əczaçılıq məhsullarına 1,6 milyard manatdan çox pul xərcləyib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 1,684 milyard manatlıq əczaçılıq məhsulları və tibbi
ləvazimatlar satılıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 21,3%
çoxdur.




Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi
çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard
manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7
milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real
ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün
məmulatları üzrə 1,2 faiz, qeyriərzaq malları üzrə 6,8 faiz
artıb.