Azərbaycanın Meksikadakı səfiri Panama XİN naziri ilə görüşdü (FOTO)

Baş səhifə

Bakı. Trend:

Seymur Fətəliyev, Azərbaycanın Meksikadakı səfiri, Panama
Respublikasının xarici işlər naziri Xavyer Eduardo Martinez-Aça
Vazkes ilə işgüzar görüş keçirib.

Trend xəbər verir
ki, 27 fevral tarixində Mexiko şəhərində, Panamanın Meksikadakı
Səfirliyi tərəfindən təşkil edilmiş görüşdə Panamada akkreditə
olunmuş səfirlər də iştirak ediblər.

Görüş zamanı Azərbaycan-Panama münasibətlərinin müxtəlif
aspektləri müzakirə olunub.