
Bakı. Trend:
2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət
günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə
tutulur.
Trend-in
xəbərinə görə, martın 8-i Beynəlxalq Qadınlar Günü
bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş
günü hesab olunacaq.
Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar
martda uzunmüddətli istirahət günləri olacaq.
Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və
bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar
əlavə istirahət günləri müəyyən edilib.
Belə ki, 20, 21,
22, 23 və 24
mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur.
21 və 22 mart tarixləri müvafiq
olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25
və 26 mart tarixləri də qeyri-iş günü hesab
olunacaq.
Ramazan bayramının 20 və 21
mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində
27 və 30 mart tarixləri də
qeyri-iş günü sayılacaq.
28 və 29 mart tarixləri də
müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.
Nəticədə 25, 26,
27 və 30 mart tarixləri də
qeyri-iş günü olacaq.
Beləliklə, 20 martdan 30
martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl
11 gün qeyri-iş günü olacaq.
Bununla yanaşı, Əmək Məcəlləsinə əsasən, əsvermə, iş günü hesab
edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl
gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı
olmayaraq bir saat qısaldılır. Bu səbəbdən 19
martda iş günü 1 saat qısaldılacaq.
Ümumilikdə isə şənbə və bazar günləri də (1,
7, 14, 15 mart)
nəzərə alınmaqla 2026-cı ilin martında 17 qeyri-iş
günü qeydə alınacaq.


