Qırğızıstanın baş prokurorunun sabiq müavini 12 il həbs cəzasına məhkum edilib

Baş səhifə
Qırğızıstanın baş prokurorunun sabiq müavini 12 il həbs cəzasına məhkum edilib

Qırğızıstanın baş prokurorunun sabiq müavini Kuban Adıl uulu hakimiyyətin devrilməsi məqsədilə kütləvi iğtişaşlara hazırlıq işi üzrə əmlakı müsadirə olunmaqla 12 il həbs cəzasına məhkum edilib.

“Report” yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çuy vilayət məhkəməsindən bildirilib.

Səkkiz təqsirləndirilən şəxs 8 ildən 13 ilədək həbs cəzasına məhkum edilib. Hökmü Alamudun rayon məhkəməsi çıxarıb.

Adıl uulu və daha altı nəfər 2024-cü ilin noyabrında saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar yerli keneşlərə seçkilər günü iğtişaşlar törətməyi planlaşdırırdılar.