“Atalanta”nın futbolçusu A Seriyasında klubunu dəyişəcək

Baş səhifə

Bakı. Trend:

“Atalanta”nın futbolçusu Daniel Maldini A Seriyasında klubunu
dəyişəcək.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, “Latsio” italiyalı hücumameyilli
yarımmüdafiəçinin keçidini həll edib.




Məlumata görə, paytaxt klubu 24 yaşlı hücumameyilli oyunçunu 14
milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, “Atalanta” Daniel Maldinini 2025-ci ilin
fevralında “Montsa”dan 13 milyon avroya transfer edib.