Ötən il Ukraynada münaqişə ilə əlaqədar 2 500-dən çox mülki şəxs həlak olub

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Ukraynada döyüşlərlə bağlı 2 514 mülki şəxs
həyatını itirib, 12 142 nəfər isə yaralanıb. Bu göstərici 2024-cü
illə müqayisədə mülki itkilərin 31% artması deməkdir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynada
fəaliyyət göstərən BMT İnsan Hüquqları üzrə Monitorinq Missiyasının
mülki əhaliyə dəyən zərərlərlə bağlı aylıq hesabatında
bildirilib.




Açıqlamada qeyd olunub ki, missiya tərəfindən təsdiqlənən
itkilərin böyük əksəriyyəti Ukrayna hökumətinin nəzarətində olan
ərazilərdə qeydə alınıb. Ukrayna rəsmilərinin adətən BMT-nin
statistik məlumatlarını etibarlı mənbə kimi qəbul etdiyi
vurğulanıb.