
Bakı. Trend:
Yeni il möcüzəsi bəzən bir məktubdan, bəzən də bir uşağın səmimi
arzusundan başlayır…
Bu duyğularla çıxış edən Bank Respublika “ASAN Məktub” sosial
proqramı çərçivəsində uşaq evlərində yaşayan balacaların Şaxta
babaya ünvanladıqları məktublara biganə qalmayaraq onların Yeni il
arzularını gerçəkləşdirib və uşaqlara bayram hədiyyələri təqdim
edib. Balaca fidanlara hədiyyələr ASAN Məktub” sosial proqramının
10 illiyinə həsr olunan tədbirdə təqdim olunub.
Tədbir zamanı uşaqlar üçün əsl bayram ab-havası yaradılıb, Şaxta
baba ilə görüş, Bank Respublika tərəfindən hədiyyələrin təqdim
edilməsi və səmimi anlar balacaların üzündə təbəssümə, qəlbində isə
unudulmaz xatirələrə çevrilib.
Bank Respublika sosial məsuliyyət strategiyasına uyğun olaraq
cəmiyyətin həssas qruplarına, xüsusilə də uşaqlara göstərilən
diqqəti öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.
Bank sosial layihələr vasitəsilə uşaqların rifahına töhfə verməyi,
onların sevincinə şərik olmağı və cəmiyyət üçün davamlı dəyər
yaratmağı vacib prioritet kimi müəyyənləşdirib.
Bank Respublika gələcəkdə də sosial yönümlü təşəbbüslərdə fəal
iştirak etməyi, ictimai əhəmiyyətli proqramlara dəstək göstərməyi
və sosial məsuliyyət prinsiplərinə sadiq qalmağı davam
etdirəcək.


