
Bakı. Trend:
Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında
baş verən atışma nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə “AFP” agentliyi xəbər verib.
Polis bildirib ki, Yohannesburqdan 40 kilometr cənub-qərbdə
yerləşən Bekkersdalda naməlum silahlı şəxslərin atışmada 10 nəfəri
öldürdüyü, 10 nəfəri isə yaraladığı bildirilir.
Atışmanın motivi məlum deyil.


